Separatçılar 2 sentyabrı necə qeyd edəcəklər?

Separatçılar 2 sentyabrı necə qeyd edəcəklər?

Qarabağdakı separatçı rejim hər il 2 sentyabr tarixini “müstəqillik günü” kimi qeyd edirdi.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ermənistan 44 günlük ikinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra separatçılara verdiyi dəstəyi azaltmalı olub.

Belə ki, Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət etdiyi ərazidə sentyabrın 2-də keçiriləcək tədbirlərdə Ermənistanın siyasi rəhbərliyi 30 ildə ilk dəfə iştirak etməyəcək. Nə prezident Armen Sarkisyan, nə baş nazir Nikol Paşinyan, nə də spiker Alen Simonyan Xankəndidə qondarma tədbirə qatılacaq.

Əvəzində parlamentin vitse-spikerlərindən birinin və bəzi deputatların Xankəndiyə gəlməsi gözlənilir.