Türkiyənin daxili işlər naziri Süleyman Soylunun qatıldığı tədbirlərin birində əsgərlərə – “Vəzifənizi yerinə yetirməyə gedərkən Allah rizası üçün dəstəmazlı gedin”, – sözləri jurnalist Şirin Payzınla mübahisəyə səbəb olub.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Payzın nazirin sözlərinə cavab olaraq sosial şəbəkədə yazıb: “Bura dünyəvi ölkədir, məncə, unutmusunuz.. Üstəlik, adama deyərlər ki, əvvəlcə oğlunla, şirkətinlə bağlı iddialara cavab ver”.
Jurnalistin bu sözlərinə Soylunun cavabı gecikməyib. Nazir – “Sizə bir həftə vaxt verirəm. Bildiyinizi deməsəniz, namərdsiniz. Bir tək şey çıxsa, vəzifədə 1 dəqiqə qalan şərəfsizdir. Hamını özünüz kimi düşünməyin”, – deyə qarşılıq verib.












