Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 60 erməni zəvvardan ibarət bir qrupun Amaras xristian monastırına ziyarətinin təhlükəsizliyini təmin ediblər.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Bu adamlar buraya Xankəndi şəhərindən, bitişik qəsəbə və kəndlərdən gəliblər.
Atəşkəs razılaşmasının imzalanması nəticəsində, döyüş əməliyyatları bitdikdən sonra ilk orta əsr Amaras monastırı sərhəd xəttinin yaxınlığında idi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları bu ziyarətgahı ziyarət etmək istəyən zəvvarların təhlükəsizliyini mütəmadi təmin edirlər”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, qədim Alban mədədi olan Amaras Xocavənd rayonu ərazisində yerləşir.












