Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə həyata keçirdikləri xidməti prosesi əks etdirən görüntülər yayılıb.
NOCOMMENT xəbər verir ki, bu barədə görüntülər Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirildikdən sonra sosial şəbəkələrin erməni seqmentində tirajlanmağa başlayıb.
Videodan Rusiya sülhməramlıları ilə bərabər erməni separatçılarının hərbi formasını geyinmiş şəxslərin də xidmət apardıqları görünür.
Belə ki, kadrlarda Azərbaycan tərəfinin sülhməramlıların nəzarətindəki ərazidən keçən avtomobillərinə, yük maşınlarına sülhməramlıların baxış keçirməsi əks olunub. Ancaq yanlarında separatçıların nümayəndələri – “polisləri” və hərbi forma geyinmiş terrorçular da var.
Həmin kadrları təqdim edirik:












