Sumqayıtda avtobus kartlarındakı nasazlıq davam edir: Problem 5 günə həll olunmur ki – VİDEO

Sumqayıtda avtobus kartlarındakı nasazlıq davam edir: Problem 5 günə həll olunmur ki – VİDEO

Sumqayıt şəhərində fəaliyyət göstərən marşrutlardakı kart problemi hələ də davam edir.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, mətbuatda və sosial şəbəkələrdə mövcud problemlə bağlı dəfələrlə narazılıqlar bildirilsə də, nasazlıq həll edilməyib

Belə ki, sərnişinlər yenə də kartlarına pul yükləyir, amma həmin puldan istifadə edə bilmirlər. Həmin kartlarla marşrutda ödəniş etmək mümkün olmur. Buna görə də avtobus sürücüləri ilə sərnişinlər arasında mübahisə baş verir.

Sumqayıt şəhərində yaşayan vətəndaş redaksiyamıza video göndərib.

Görüntülərdə sürücü sərnişinin kartla ödəniş etmədiyini əsas gətirərək avtobusu sürmür.

Sürücü kartla ödənişin keçərli olmadığını, sərnişin isə karta pul yüklədiyini deyir. Nəticədə isə mübahisə başlayır.

Həmin görüntüləri təqdim edirik: