Azərbaycanın işğal olunmuş Şuşa şəhərində məskunlaşan ermənilər şəhərdən qaçmaqda davam edir.
NOCOMMENT.az xəbər verir ki, TASS -ın yaydığı məlumata görə, təxminən 80 faiz erməni şəhəri tərk edib.
Məlumata görə, əhalinin əsas hissəsi Ermənistanın qəsəbələrinə yerləşdirilib. Qalanlardan isə heç kimin xəsarət almadığı bildirilib. Hazırda şəhərdə əsasən orta yaşlı şəxslər qalıb. Qadın və uşaqlar təxliyə olunsa da, kişilər cəbhədədirlər.
Məlumatda həmçinin döyüş əməliyyatları başlayana qədər şəhərdə 5 min nəfər yaşadığı qeyd olunub.











