Tanınmış müğənni vəfat etdi

Tanınmış müğənni vəfat etdi

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Tanınmış sənətçi yanvarın 12-də 62 yaşında İstanbuldakı evində vəfat edib.

Qeyd edək ki, B.Çaçan 1960-cı il oktyabrın 17-də Türkiyənin Ağrı əyalətinin Eleşkirt rayonunda anadan olub. O, 1978-ci ildə “TRT Ərzurum” radiosunun keçirdiyi müsabiqənin qalibi olub. Bundan sonra Ankaraya, oradan isə İstanbula gedib. 1981-ci ildə ilk musiqi albomunu buraxıb. Həmin albomda “Səfa gəldin”, “Mən yarıma nələr alayım?”, “İpək yaylıq”, “Ayaz gecələr”, “Yağ yağmur” və “Vurun dalğalar” adlı mahnılar yer alıb.