“Team building”, yoxsa “yallı”? – ARAŞDIRMA-VİDEO

“Team building”, yoxsa “yallı”? – ARAŞDIRMA-VİDEO

Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, birlik göstərərək həmişə haqqın, ədalətin və sülhün tərəfdarı olduğunu özündə ehtiva edən dəyərlərimizdən biri də yallılarımızdır.

Yallılar bircə kəlmə söz belə demədən xalqımıza məxsus bütün xüsusiyyətləri – onun kimliyini, tarixini, birlik olub çətinliklərin öhdəsindən mərdliklə gəldiyini və mədəniyyətini nümayiş etdirən ən qədim xalq yaradıcılığı nümunəsidir.
Bu günlərdə Avropa xalqlarının dilində məşhur olan bir termin “Team building” geniş yayılıb.
Müasir dövrdə Qərb ellərində yeni-yeni dillərə düşən bu terminin mənası “birlik olmaq”, “kollektivləşmək”, “bir işin, bir çətinliyin öhdəsindən birlikdə, kollektiv formada gəlmək” deməkdir.
Bəs babalarımızın, nənələrimizin, birlik olub toy-büsat qurduğu, birlikdə əziz-xələf qonağını qarşıladığı yallılar tariximizin ən dərin qatlarından süzülüb gələn birliyimiz, cəmiyyət olaraq dayanışma rəmzimiz deyilmi?
NOCOMMENT.az Qafqaz TV-yə istinadən həmin araşdırmanı təqdim edir: