Xankəndidəki separatçı rejimin müdafiə naziri Mikayıl Arzumanyan tutduğu postdan azad edilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, qondarma ölkənin başçısı Araik Arutyunyan müvafiq sərəncam imzalayıb.
Bir neçə gün əvvəl generalın istefa ərizəsi yazdığı məlum olmuşdu. Amma o zaman Arutyunyanın mətbuat katibi bildirmişdi, nazirin ərizəsi qəbul olunmayıb və o, işini davam etdirir.
Xatırladaq ki, Arzumanyan bu vəzifəyə 44 günlük müharibə zamanı sələfi Cəlal Arutyunyan ağr yaralandıqdan sonra təyin olunmuşdu.












