Ermənistanda prokurorluq Mehri icmasının rəhbəri Mxitar Zakaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, istintaqa görə, 2007-ci ildə Əkərək (Mehri icmasının bir hissəsi) sakini tenderin nəticəsi olaraq 0,02 hektar torpaq sahəsini 25 il müddətinə ayda 18 min dram (indiki kursla 36 dollar) ödəməklə icarəyə götürüb. Torpaq sahəsi icma rəhbərinin qərarı ilə ayda 50 min dram (100 dollar) qiymətə bir mobil operatora təhvil verilib. Operator mobil stansiya tikib, lakin ərazinin təyinat yönümü dəyişdirilməyib. Beləliklə, stansiyanın tikintisi qanunsuz olub.
Məlumata görə, Mehri icmasının başçısı torpaq sahəsindən sui-istifadə – təyinatdan kənar istifadə hallarını bilə-bilə, nəinki icarə müqaviləsini ləğv etməyib, hətta 2009-cu ildə icraə haqqını 18 mindən 30 min darama (60 dollar) qaldırıb. İki il sonra, 2011-ci ilin iyul ayında isə icma başçısı icarədarı torpaq sahəsindən təyinatı üzrə düzgün istifadə etmədiyi üçün minimum əmək haqqının 100 misli miqdarında cərimələyib. Nəticədə, 2008-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər icma büdcəsi 3,7 milyon dram (7,4 min dollar) itirib.












