Tovuzda çayxanada yanğın oldu

Tovuzda çayxanada yanğın oldu

Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanıb.

Bu barədə NOCOMMENT.az– Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.