Türkiyə ordusu Suriyada 43 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada 43 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son 2 gündə Suriyanın şimalında 43 terrorçunu zərərsizləşdirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyat “Barış Pinarı” və “Fərat Qalxanı” zonalarında aparılıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Əl-Bab bölgəsində terrorçular tərəfindən 9 dinc sakinin öldürülməsinə cavab olaraq əməliyyat təşkil edib.

Türkiyə bölgədə sabitliyi pozmağa çalışan PKK/YPG ilə qətiyyətlə mübarizəni davam etdirəcək.