Türkiyədə daha bir meşə yanğını olub

Türkiyədə daha bir meşə yanğını olub

Türkiyənin Hatay şəhərində meşə yanğını baş verib.

NOCOMMENT Haber Global-a istinadən xəbər verir ki, hadisə şəhərin Antakya rayonunda olub.

Habibi-Neccar dağı ətrafında meşəlik ərazidə yanğın yaranıb.

Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.