Türkiyədə daha iki meşə yanğını ocağı yaranıb

Türkiyədə daha iki meşə yanğını ocağı yaranıb

Türkiyənin Muğla şəhərində daha iki meşə yanğını ocağı yaranıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, yanğınların biri Milas, digəri Bodrum bölgəsində baş verib.

Əraziyə 1 təyyarə, 7 helikopter və yanğınsöndürən vasitələr cəlb edilib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.