Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Bingöl vilayətinin Yayladərə rayonunda 4,7 bal gücündə zəlzələ olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 03:49-da baş verib. Zəlzələnin ocağı yerin 7 km dərinliyində qeydə alınıb.

Zərər çəkmişlər və dağıntılar barədə məlumat verilmir.