Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.

Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.

Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.

Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.