Türkiyədə silahlı hücum olub, yaralılar var

Türkiyədə silahlı hücum olub, yaralılar var

Türkiyədə silahlı hücum olub.

NOCOMMENT Haber Global-a istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Esenyur rayonunda 3 nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıblar.