Türkiyənin Bingöl şəhərində 4.2 maqnitudalı zəlzələ baş verib.
NOCOMMENT qafqazinfo-ya istinadə xəbər verir ki, Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, zəlzələ Türkiyə vaxtı ilə saat 12:22-də Kalıova qəsəbəsndə qeydə alınıb.
Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, 30 oktyabrda İzmirdə baş vermiş 6.6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər həlak olmuş, 1035 nəfər yaralanmışdı.












