Noyabrın 5-də Qarabağ separatçılarının dövlət naziri kimi qondarma vəzifənin icrasına başlayan Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan Xankəndidə özünə komanda formalaşdırıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Vardanyan özünün teleqram kanalında məlumat paylaşıb.
O qeyd edib ki, komandasına sələfləri Artak Beqlaryan və Qriqori Martirosyan, Artsaxın keçmiş mədəniyyət və təhsil naziri Narine Aqabalyan, Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və iş adamı Arman Akopcanyan müşavir kimi daxil olacaqlar.
Ruben Vardanyan komanda işini özlərinə prioritet məqsəd qoyan və buna nail olmaq üçün hər şeyi etməyə hazır olan belə insanların komandasına cəlb olunmasını son dərəcə vacib hesab edib.
Vardanyanın yaxın günlərdə separatçıların hökumətində yeni təyinatalara imza atacağı gözlənilir.











