Xaçatryan ilk dəfə Putinlə görüşəcək

Xaçatryan ilk dəfə Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın dövlət başçısı Vaaqn Xaçatryan ilk dəfə görüşəcəklər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçıları Sankt-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forum çərçivəsində bir araya gələcəklər.

Y.Uşakovun sözlərinə görə, V.Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü, Serbiyanın sabiq dövlət başçısı Milord Dodiklə də görüşəcək.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində XXV Beynəlxalq İqtisadi Forum başlayır. Tədbir iyunun 18-dək davam edəcək.