Xankəndidə atışma: Gecə nə baş verib?

Xankəndidə atışma: Gecə nə baş verib?

Xankəndidə gecə saatlarında atışma baş verib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, gecə saat 5 radələrində şəhərin Manukyan küçəsində avtomatdan atəş səslərinin eşidilməsi barədə məlumat daxil olub.

Daha sonra 36 yaşlı G.M.-in yaşadığı evin pəncərəsindən atəş açdığı müəyyən olunub.

Bədəməl separatçı qurumun polis şöbəsinə gəirilib. O, ağır mənəvi sıxıntıda olduğunu bildirib, çünki müharibədən sonra qardaşı hələ də itkin düşmüş hesab olunur.