Xankəndidə separatçılar arasında atışma olub.
NOCOMMENT.az xəbər verir ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi müvəqqəti məsuliyyət zonasında güllələnmə hadisəsi baş verib.
General Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb. Hadisə bu gün yerli vaxtla saat 19:10-da baş verib.
Hadisə yerinə baxış keçirilir. Təfərrüatlar araşdırılır. Hələlik itkilər barədə məlumat verilmir.













