Xankəndidə separatçı hərbi birləşmələrin keçmiş komandiri Samvel Babayanın oğlunun iştirakı ilə dava olub.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan məlumata görə, tərəflər arasında atışma olub.
Bundan öncə erməni sosial şəbəkələrində Samvel Babayanın oğlunun öz yoldaşları ilə birlikdə siyasi fəal Artur Osipyanı döydüyü ilə bağlı iddialar yayılmışdı. “Hüquq-mühafizə orqanları” isə hələlik bu barədə heç bir tədbir görməyiblər.
Buna səbəb isə Xankəndidəki terrorbaşının yekun qərarının gözlənilməsidir.
Polisdən isə bildirilib ki, yanvarın 23-də saat 18:55-də Xankəndinin Teryan küçəsindəki dava-dalaş barədə məlumat daxil olub. Təhlükəsizlik qüvvələri yoxlamaya başlayıblar, atışma iştirakçılarından izahat alınıb.












