Zakir Həsənovla Suren Papikyan arasında operativ əlaqə işləmir

Zakir Həsənovla Suren Papikyan arasında operativ əlaqə işləmir

“Azərbaycan və Ermənistan müdafiə nazirləri Zakir Həsənovla Suren Papikyan arasında hazırda operativ əlaqə yoxdur”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib.

“Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında operativ əlaqə yoxdur”, – deyə o əlavə edib.

Müdafiə Nazirliyinin nümayəndəsi bunun nə vaxtdan davam etdiyini və səbəblərini açıqlamaqdan boyun qaçırıb.

Operativ əlaqə barədə Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2021-ci ilin noyabrında danışmışdı. O qeyd etmişdi ki, bu əlaqə Ermənistan-Azərbaycan sərhədində münaqişəli vəziyyətlərin və insidentlərin operativ həllinə kömək edir.