Ermənistanda hərbçi yol qəzasında ölüb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Zəngəzur bölgəsində baş verib.
23 yaşlı Pavlik B.-nin idarə etdiyi avtomobil yolun hərəkət zolağından çıxararaq, metal maneələrə çırpılaq yol kənarına aşıb. Nəticədə sürücü yerindəcə keçinib.
Məlumata görə, Pavlik Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.












