Zəngəzurda erməni hərbçi öldü

Zəngəzurda erməni hərbçi öldü

Ermənistan ordusu qeyri-döyüş şəraitində itki verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistanın cənub-şərqində, Zəngəzur istiqamətində ötən axşam 1978-ci il təvəllüdlü ehtiyatda olan çavuş Mkrtiç Serejaeviç Ovakimyan ölüb.

Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü deyilir. İlkin ehtimallara görə, Ovakimyan intihar edib.

Faktla bağlı araşdırma aparılır.