Azərbaycanda koronavirusa yoluxanların çoxu qadındır

Azərbaycanda koronavirusa yoluxanların çoxu qadındır

“Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6-ı süni nəfəs aparatına qoşulub”.

NOCOMMENT.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ümumilikdə 1 253 yoluxma faktı var ki, bu xəstəliyə yoluxanlar arasında qadınlar üstünlük təşkil edir.

R.Bayramlı həmçinin bildirib ki, bu günə qədər 75 397 test edilib. Ümumi ölüm sayı 13-dür. Bu günə ölüm faktı olmayıb, ümumi sağalanlar isə 404 nəfər təşkil edir.