Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Oğuz rayonunun Qarabulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.