Binədəki DƏHŞƏTLİ qəzanın ŞOK DETALLARI

Binədəki DƏHŞƏTLİ qəzanın ŞOK DETALLARI

Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki avtobusun toqquşması ilə nəticələnən qəzanın detalları məlum olub.

"Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, qəzaya qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus səbəb olub:

"Bizim avtobus 160 saylı qanuni marşrut xətti üzrə Binə qəsəbəsindən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edir. Avtobusumuz dayanacaqda dayandığı vaxt arxadan gələn və qanunsuz daşıma ilə məşğul olan "Hyundai" markalı mikroavtobus ona çırpılıb".

O deyib ki, qanunsuz fəaliyyət göstərən həmin nəqliyyat vasitələri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub:

"Ərazidə qanunsuz sərnişindaşıma ilə məşğul olan 7-8 "Hyundai" markalı mikroavtobus var. Bu barədə 50 dəfədən çox rəsmi şikayət yazmışıq, televiziya gəlib çəkilişlər aparıb, lakin heç bir tədbir görülməyib və onlar bu gün də qanunsuz fəaliyyətlərini davam etdirirlər".

İsmayıl Hüseynovun verdiyi məlumata görə, toqquşma nəticəsində xəsarət alanlar 160 saylı avtobusun deyil, qəzanı törədən "Hyundai" mikroavtobusunun sərnişinləridir.