Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 12-ə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 737 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 202 282 test aparılıb.