Xəbər verdiyimiz kimi “Baku Medical Plaza” klinikasında plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.
NOCOMMENT.az ölümün təffərrüatını təqdim edir.
Məlumata görə, ölən şəxs sayca üçüncü plastik əməliyyatını keçirib. TV-lərdə “ulduz”a çevrilən iranlı həkim Sirus Qoçxani sinə böyütmə əməliiyatını 8 min manata edəcəyini bildirib.
Mənbəmiz bildirir ki, Sirus Qoçxani əməliyyat edərkən ürəyə gedən damarı kəsib. Nəticədə isə 1996-cı il təvəllüdlü Turanə Musazadə əməliyyat masasında dünyasını dəyişib.














