Həkim: Test koronavirusu hansı hallarda görmür – AÇIQLAMA

Həkim: Test koronavirusu hansı hallarda görmür – AÇIQLAMA

Tibb elmləri doktoru Firuzə Alimovanın sözlərinə görə, belə haıxəstəliyin erkən mərhələlərində baş verə bilər

Tibb elmləri doktoru Firuzə alimova insan koronavirusa yoluxsa belə, testin niyə mənfi nəticə göstərdiyini açıqlayıb. Onun sözlərinə görə, məsələ bəzi testlərin pis, bəzilərinin isə yaxşı olması ilə əlaqədar deyil. Hər bir testin sadəcə virusa həssaslığı üçün öz həddi var.

“Testin həssaslığı min virus hissəciyidir. Az olanda test onu görmür. Məsələn, xəstə yeni yoluxub, onda 500 hissəcik var. Testi mənfi olur. Bir həftədən sonra xəstəlik inkişaf edir, qızdırma, öskürək üzə çıxır və virus çoxalır. Hissəciklərin sayı 2 mini ötür. Test də müsbət nəticə verir”, – deyə F.Alimova NOCOMMENT.az-a bildirib.

O qeyd edib ki, yoluxmanın ilk günlərdə heç bir testin virusu yaxalaya bilməməsi mümkündür. Testin koronavirusun mövcudluğunu müəyyənləşdirə biləcəyi müddət insan orqanizminin fərdi xüsusiyyətlərindən və yoluxucu dozadan asılıdır. Hətta orqanizm virusu müstəqil şəkildə öldürə bilər ki, insan heç vaxt onun varlığından xəbər tutmasın…