Azərbaycanda son sutkada 1 908 nəfər vaksinasiya olunub.
NOCOMMENT xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 579, ikinci doza vaksinləri sayı 246-dir. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 922-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 161 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 768 446, birinci doza peyvəndlərin ümumi sayı 5 355 145, ikinci doza vaksinlərin sayı 4 854 038 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 309 825, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 438 olub.











