Azərbaycanda son sutkada 1 823 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində vurulan birinci doza vaksinlərin sayı 459, ikinci doza vaksinlərin sayı 178-dir. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 991-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 195 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 783 622, birinci doza peyvəndlərin ümumi sayı 5 359 933, ikinci doza vaksinlərin sayı 4 855 530 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 317 503, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 656 olub.











