Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 2 117 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 513, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206 nəfərdir. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 185 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 785 739, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 736 təşkil edib. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 318 716, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 841 olub.