Azərbaycanda son sutkada 1 935 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 395, ikinci doza vaksinlərin sayı 142-dir. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 220-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 787 674 təşkil edir.











