Aprel müharibəsi başa çatmayıb – Paşinyan

Aprel müharibəsi başa çatmayıb – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan üçüncü prezident Serj Sarkisyanı və onun komandasını Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında bildirib.

“Sarkisyan və komandası Qarabağ probleminin həlli kontekstində müharibə üçüb şübhəli bir şüar irəli sürdülər: “pis” danışıqlar “yaxşı müharibə”dən yaxşıdır”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir xatırladıb ki, Ermənistan tərəfi Sarkisyanın hakimiyyəti illərində çoxsaylı risklər görüb və onları idarə etməyə çalışıb. Onun sözlərinə görə, Ermənistan tərəfinin Qarabağın statusunu müzakirə etmədən ən azı 5 rayonun Azərbaycana qaytarılması təklifini növbəti dəfə rədd etdikdən sonra 2016-cı il aprel müharibəsi başlayıb, 800 hektar ərazinin itirilməsi ilə başa çatıb və şifahi barışıq əldə olunub.

“Qeyd edək ki, 2016-cı ilin aprel müharibəsinin başa çatması ilə bağlı heç bir sənəd yoxdur. Bu o deməkdir ki, 4 günlük müharibə başa çatmayıb. Yəni hansısa şifahi razılıq əldə olunub”, – baş nazir bildirib.

Bundan əvvəl Paşinyan birinci prezident Levon Ter-Petrosyanı Qarabağ prosesini qarışdırmaqda, ikinci prezident Robert Köçəryanı isə Qarabağı danışıqlardan kənarlaşdırmaqda ittiham edib.

NOCOMMENT.az