Arutyunyan: Ermənistan kənara çəkilsin, Azərbaycanla birbaşa danışıqlara başlayaq

Arutyunyan: Ermənistan kənara çəkilsin, Azərbaycanla birbaşa danışıqlara başlayaq

Artsaxın prezidenti Araik Arutyunyan Ermənistandan qayıtdıqdan sonra İrəvanda keçirilən görüşlərin təfərrüatlarını siyasi qüvvələrə və müxtəlif dairələrə təqdim etmək üçün Stepanakertdə silsilə görüşlər keçirmək təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, ötən həftə prezident Arutyunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Praqada əldə olunan razılaşmaların təfərrüatını Nikol Paşinyandan öyrənmək üçün Ermənistana gəlmişdi.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Erməni nəşri separatçı qurumun rəhbəri Araik Arutyunyanın İrəvandan əliboş qayıtmasının pərdəarxası məqamlarına toxunub: “Nümayəndə heyətinin Ermənistan Təhlükəsizlik Şurasının katibi, xarici işlər naziri, Ermənistan prezidenti və Milli Məclisin spikeri, eləcə də Baş nazir Paşinyanla görüşləri çətinliklə və gecikmə ilə olub. Araik Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları Artsaxın siyasi elitasına çatdırıb.

Dünən Stepanakertdə başlayan görüş-müzakirələr çərçivəsində Arutyunyan Milli Məclisdə təmsil olunan siyasi qüvvələrin sayı 10 nəfər belə olmayan kiçik bir qrupunu qəbul edib. Və dünən əvvəlcə hökumət, sonra isə parlament üzvləri ilə qapalı iclas keçirilib.

“Ermənistan İctimai Şurasının üzvləri və cəmiyyətin digər qrupları ilə də müzakirələr planlaşdırılır”, – deyən prezidentin sözçüsü Araik Arutyunyanın Artsax ictimai televiziya şirkətinin təklifini qəbul etdiyini və bütün görüş və müzakirələrdən sonra onun həftənin sonunda ictimaiyyətin əsas suallarını cavablandıracağını vurğulamışdı.

Bəs, Araik Arutyunyan Artsaxın siyasi elitasına hansı mesajları verdi və İrəvandakı görüşlər haqqında nə dedi? O, ilk növbədə, Nikol Paşinyan və digər yüksək vəzifəli məmurların mütəmadi olaraq ittiham olunduqları Artsaxdan əl üzmək məsələsini xalqa çatdırdı. Və deyilənlərin əks-sübutu Artsaxa verilən maliyyə dəstəyidir ki, bu da davamlı olacaq. Bununla belə, onlar əlavə ediblər ki, vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Artsaxın deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır və bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Artsaxın isə öz məsələləri isə məşğul olmasıdır.

Praqa danışıqlarında və sazişlərdə məhz bu qeyd edilib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur, danışıqlar aparılır və beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə onlar məsələni həll etməyə çalışırlar. Həmçinin, Paşinyan “Xilas naminə ayrılma” ideyasını təhrif etməyə çalışıb ki, bununla da Artsax və Ermənistanı ayırmaqla həm Ermənistanı, həm də Artsaxı xilas etmək olar. Lakin Ermənistan sülh müqaviləsini imzalayarsa və azərbaycanlıların tələblərini yerinə yetirərsə, prezident Artsaxın Ermənistandan ayrılması ilə necə xilas ediləcəyini ətraflı açıqlamayıb. Araik Arutyunyan və Ermənistandakı nümayəndə heyətinin digər üzvləri isə yalnız bunun mümkün olduğunu xalqa əmin ediblər.

Arutyunyandan Artsaxı necə xilas etmək olar soruşduqda o deyib ki, görüşlərin məqsədi birgə müzakirələr aparmaq, həll yollarını tapmağa çalışmaq və vahid qüvvə ilə Artsaxı bu vəziyyətdən çıxarmaqdır. Arutyunyan rəsmi İrəvanın nəsihətini də çatdırıb ki, əgər Artsax xalqı Artsaxa kömək etmək istəyirsə, indi açıq şəkildə bəyan etməlidir ki, heç kim, o cümlədən Ermənistan Artsaxı Azərbaycanın bir hissəsi hesab edə bilməz. Əgər belədirsə, Ermənistan qoy kənara çəkilsin, qonşuları ilə münasibətlərini tənzimləsin, müqavilə imzalasın və daha sonra biz – Artsax xalqı Azərbaycanla birbaşa danışıqlara başlayacağıq.

Artsax müxalifətinin sıralarında isə hesab edirlər ki, ya Nikol Paşinyan bu hiyləgər hərəkəti ilə Artsaxın təhvil-təslimini Artsax xalqının və ilk növbədə, Araik Arutyunyanın boynuna atmağa çalışır, ya da biz Arutyunyan və Paşinyan arasında razılaşdırılmış qarşılıqlı anlaşma ilə qarşılaşırıq.

Məsələ burasındadır ki, bu cür bəyanatlar, əslində, Ermənistan hakimiyyətinin müstəqillik bəyannaməsini rədd etmək niyyətini qanuniləşdirəcək. Çünki Ermənistan hakimiyyəti müstəqillik bəyannaməsinin müddəalarına zidd olan belə bir dövlətlərarası sazişi imzalaya və xüsusən də Artsax xalqının öz müqəddəratını təyin etmək hüququndan imtina edə bilməz. Və Artsaxdan belə öyüd-nəsihətlər eşidiləndə Nikol Paşinyan özünə haqq qazandıra bilər ki, o, Artsax xalqının tələbini yerinə yetirir və Artsaxın taleyini onların öhdəsinə buraxır.

Paşinyan Arutyunyanı inandırıb ki, o da Artsax məsələsi üzrə danışıqlar aparacaq və Qarabağdan gələnləri dəstəkləyəcək ki, hər şey yaxşı olsun. Həmçinin, Stepanakertdə görüş-müzakirələr təşkil etməklə, Araik Arutyunyan vahid ictimai rəy formalaşdırmağa çalışır. Sonda isə müzakirələrin nəticəsində belə qənaətə gəliblər ki, Artsax Bakı ilə birbaşa dialoqa başlamağa hazırdır. kinci mühüm mesaj, nə üçün Artsax öz problemlərini təkbaşına həll etməlidir? Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, onlar Artsaxdan əllərini üzüblər və tezliklə, yəni 3 il sonra sülhməramlıların müddətləri başa çatır deyə, onlar Artsaxda mövcud olmayacaqlar.

Ona görə də Artsax başa düşməlidir ki, Artsax ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür. Bu kontekstdə Araik Arutyunyan da yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığını və bundan sonra vəziyyətin daha da aydınlaşacağını bildirib”.