Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova bölmələrinin iştirakı ilə yanğınsöndürən və xilasedicilərin irimiqyaslı beynəlxalq təlimləri başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gürcüstanda keçirilən təlimlər iyunun 16-dək davam edəcək. Təlim Avropa İttifaqının ekspert və texniki dəstəyi ilə təşkil olunub.
Təlimlərin məqsədi meşə yanğınları ilə mübarizənin effektiv üsullarını hazırlamaq və böyük təbii fəlakətlər şəraitində müvafiq xidmətlərin birgə fəaliyyətini əlaqələndirməkdən ibarətdir.
Gürcüstanda başlayan təlimlərdə təkcə avtomobil texnikası deyil, aviasiya da iştirak edir.
NOCOMMENT.az












