Milli Məclisin üzvü Tahir Mirkişili İrəvanda erməni deputata söz verməyib.
NOCOMMENT xəbər verir ki, bu barədə deputat özünün feysbuk səhifəsində paylaşım edib.
“Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edirdi, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”, – deyə o qeyd edib.











