Baş nazirdən SENSASİON AÇIQLAMA: "Əliyev həqiqəti dedi"

Baş nazirdən SENSASİON AÇIQLAMA: "Əliyev həqiqəti dedi"

Slovakiya Baş naziri Robert Fiso Rusiyadan qayıdarkən təyyarədən paylaşdığı video müraciətində may ayı ərzində Moskva, İrəvan və Bavariyaya etdiyi səfərlərin yekunlarından danışıb. Baş nazir çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Parlamentinə qarşı tutduğu prinsipial mövqeyə toxunaraq, onu tam dəstəklədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Fiso Azərbaycanın suveren xarici siyasətini nümunə göstərərək, Prezident İlham Əliyevin Avropa Parlamentinin ölkəsinə qarşı qəbul etdiyi müxtəlif bəyannamə və qətnamələri kəskin tənqid etməsini "həqiqətin səsi" adlandırıb. O qeyd edib ki, Avropa Parlamenti başqa dövlətlərin işinə qarışmaq və yalan yaymaq əvəzinə, Avropanın kifayət qədər olan daxili problemləri ilə məşğul olmalıdır.

Eyni mesajı Slovakiyadan da göndərdiyini vurğulayan Fiso, Avropa Parlamentinin son vaxtlar öz ölkəsinə qarşı tətbiq etməyə çalışdığı maliyyə məhdudiyyətləri ilə bağlı tövsiyələrini də sərt şəkildə pisləyib.