Bayden: Biz İranı azad edəcəyik

Bayden: Biz İranı azad edəcəyik

ABŞ prezidenti Co Bayden seçki kampaniyası çıxışında İranı “azad edəcəyinə” söz verib və bildirib ki, nümayişçilər tezliklə özlərini azad etməyə nail olacaqlar.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, Bayden Kaliforniyada onlarla nümayişçinin əllərində iranlı etirazçıları dəstəkləyən pankartlar tutduğu genişmiqyaslı seçki kampaniyası çıxışında belə deyib: “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”.

Qeyd edək ki, İranda artıq 7 həftədir davam edən nümayişlər əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsə Əmininin ölümü ilə başlayıb. Sentyabrın 16-da başlayan etirazlar kütləvi hal alıb və artıq qarşıdurmalar nəticəsində yüzlərlə ölən var.