Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında yazıb.
“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı (daha bir nəfərin xəsarət aldığı bildirilir – red.) mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, – Bayramov qeyd edib.












