Meyxanaçı Əhməd Naxçıvanlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı meyxana səsləndirib.
NOCOMMENT.az xəbər verir ki, meyxanaçı çıxışı zamanı Vasif Talıbovu Naxçıvanın qurucusu kimi xarakterizə edib və onun fəaliyyətinin Naxçıvan sakinləri tərəfindən unudulmadığını bildirib.
Əhməd Naxçıvanlı meyxanasında "Naxçıvanın qurucusu Vasif Talıbovdur, onu heç zaman Naxçıvan xalqı unutmur" fikirlərini səsləndirib.
Qeyd edək ki, Vasif Talıbov 1995–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
2022-ci ilin dekabrında o, tutduğu vəzifədən azad edilib. Meyxanaçının səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik.\\bakivaxti.az











