Binəli Yıldırım yenidən əməliyyat olundu

Binəli Yıldırım yenidən əməliyyat olundu

Azərbaycanda səfərdə olarkən avtomobil qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım Türkiyədə müalicə aldığı xəstəxanada yenidən əməliyyat olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, B.Yıldırım baş dərisində toxuma itməsi səbəbindən toxuma transplantasiyası əməliyyatı keçirib.

Nazir paylaşımında prezident Rəcəb Tayyib Ərdoğanla Binəli Yıldırımı xəstəxanada ziyarət edərkən çəkilmiş fotosunu da yerləşdirib.

Fahrettin Koca sədr müavinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Jalə Bədirova 

NOCOMMENT.az