Brüsseldə delimitasiya komissiyasının iclası başladı

Brüsseldə delimitasiya komissiyasının iclası başladı

Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannini özünün tviter hesabında məlumat paylaşıb.

“Baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan-Azərbaycan sərhəd komissiyalarının Brüsseldəki 3-cü iclasına xoş gəlmisiniz. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”, – deyə Avropa rəsmisi yazıb.

Görüşdə, həmçinin, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da iştirak edir.