Sürücü üçün hər reys qabağı tibbi yoxlama nə dərəcədə realdır? Demək, sürücü hər reys qabağı 10-20 manat ödəniş etməlidir ki, bu sənədi alsın. Bu, rüşvət mənbəyidir.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bunun formasını elə tapmaq lazımdır ki, 1, ya 2 aydan bir sürücünün səhhətinin yoxlanılması təmin edilsin:
“Hər dəfə bu tələb qoyulanda müqavilə bağlayıb, hansısa tibb müəssisəsinə bu vəsaiti ödəməlisən. Reys qabağı tibbi müayinə anlaşılmaz ifadədir, bunu dəqiqləşdirmək lazımdır. Müddətli tibbi müayinə qoyulmalıdır. Məsələn, 3, 6 ay və ya 1 illik müayinə məsələsi qoyulmalıdır”.












