Ekspert: Zəngilan aeroportu dəhlizin bir hissəsidir

Ekspert: Zəngilan aeroportu dəhlizin bir hissəsidir

Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə də çıxarıla biləcək.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar-a açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

“Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan, hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından çox əhəmiyətlidir”, – deyə Vüqar Bayramov bildirib.