Ərdoğan Azərbaycanı təbrik etdi

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı tviter səhifəsində paylaşım edib.

“Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, – Ərdoğan bildirib.