Türkiyədə iqtisadi idarəetmə ilə bağlı yüksək səviyyəli yeni təyinatlar həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğanın imzası ilə qəbul olunan qərarlar “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.
Qərara əsasən, Yusuf Emre Akgündüz Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədr müavini təyin edilib. Bununla yanaşı, Kapital Bazarları Şurasında (SPK) da rəhbərlik dəyişikliyi baş verib.
Belə ki, indiyədək SPK-nın ikinci sədri vəzifəsində çalışan Mahmut Sütçü qurumun yeni sədri təyin olunub. Ahmet Aksu SPK-nın ikinci sədri, Yusuf Sünbül isə şura üzvü vəzifəsinə gətirilib.
Keçmiş SPK sədri İbrahim Ömər Gönül isə bundan sonra İctimai Nəzarət, Mühasibat və Audit Standartları Şurasına rəhbərlik edəcək.
Digər təyinatlara əsasən, Gəlir İdarəsinin rəis müavini Mehmet Arabacı Türkiyə Statistika İnstitutunun (TÜİK) prezidenti təyin olunub.
Qərarlar çərçivəsində bir sıra digər dövlət qurumlarında da dəyişikliklər edilib. Hızır Aslıyüksek Məhkəmə Tibbi Ekspertiza İnstitutunun rəhbəri, Əhməd Alemdar isə Xaricdəki Türklər və Əqrəba İcmaları üzrə Prezident Administrasiyasının rəis müavini təyin olunub.
Bundan əlavə, Milli Müdafiə Nazirliyinin Təchizat Xidmətləri üzrə baş direktoru Mehmet Avcı vəzifəsindən azad edilib. Onun yerinə Diyarbəkirin Çinar rayonunun valisi Zikrullah Doğan gətirilib.
Sara
NOCOMMENT.az












